İtaliyanın Piemont bölgəsində ultra yüngül təyyarənin qəzaya uğraması nəticəsində 49 yaşlı pilot Massimiliano Monticone və onun 18 yaşlı qızı Simona Monticone həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə Casale Monferratodakı Palli Aeroklubundan havaya qalxdıqdan az sonra düyü sahəsinə düşərək alovlanıb. Ata və qız hadisə yerindəcə vəfat ediblər.
Vercelli Prokurorluğu hadisə ilə bağlı araşdırma aparır. Qəzanın texniki nasazlıq və ya insan səhvi nəticəsində baş verdiyi ehtimal olunur.
Monticone hərbi pilot olub və hava nəzarətçisi kimi çalışıb. Qızı Simona isə məktəbli və voleybolçu idi.