İsrail ordusu Livandakı BMT sülhməramlılarına hücum etdi

14:16 - 03 Sentyabr 2025

İsrail ordusu Livandakı BMT sülhməramlılarına hücum etdi

BMT-nin Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) İsrail ordusunun Livanın cənubunda yol təmizləyən sülhməramlıların yaxınlığına dörd əl qumbarası atdığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, UNIFIL bu hadisəni 2024-cü ilin noyabrında qüvvəyə minmiş atəşkəs razılaşmasından sonra “ən ciddi hücumlardan biri” adlandırıb.

Qurumun məlumatına görə, İsrailə məxsus PUA-lar Mavi Xətt yaxınlığında UNIFIL-in əməliyyat apardığı əraziyə qumbaralar atıb. Qumbaralardan biri BMT personalından 20 metr aralıya düşüb. Hadisədən sonra təhlükəsizlik səbəbi ilə əməliyyat dayandırılıb.

UNIFIL qeyd edib ki, İsrail bu barədə əvvəlcədən məlumatlandırılmışdı və hücum beynəlxalq hüquqla yanaşı, BMT TŞ-nin 1701 saylı qətnaməsinin pozulmasıdır.

Xatırladaq ki, UNIFIL 1978-ci ildə Livanda sabitliyi bərpa etmək məqsədilə yaradılıb. 2006-cı il avqustun 11-də qəbul edilmiş 1701 saylı qətnamə bölgənin silahsızlaşdırılmasını və yalnız Livan ordusu ilə UNIFIL-in orada fəaliyyət göstərməsini nəzərdə tutur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az