Pəncabda daşqın faciəsi - On minlərlə insan təxliyə olundu

14:58 - 03 Sentyabr 2025

Pəncabda daşqın faciəsi - On minlərlə insan təxliyə olundu

Hindistanın şimalında yerləşən Pəncab əyalətində leysan yağışların səbəb olduğu daşqınlar azı 30 nəfərin həyatına son qoyub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, fəlakət nəticəsində 354 mindən çox insan zərər çəkib, 20 minə yaxın sakin isə təhlükəli ərazilərdən təxliyə edilib.

Ştat hakimiyyəti daşqın riski yüksək olan 23 bölgəni "təhlükəli zona" elan edib. Əhali üçün yardım düşərgələri yaradılıb, zərərçəkmiş ailələrin sığınacaq və ilkin ehtiyaclarının ödənilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Hindistanın "ərzaq anbarı" hesab edilən Pəncab əyaləti ölkədə buğda və düyü kimi əsas kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarındandır. Təbii fəlakət nəticəsində 148 min hektar əkin sahəsinin su altında qaldığı və ciddi ziyan gördüyü bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az