Alimlər böyrək damarlarını qoruyan mikroRNT kəşf etdi

15:06 - 03 Sentyabr 2025

Alimlər böyrək damarlarını qoruyan mikroRNT kəşf etdi

Monreal Universiteti Xəstəxanasının alimləri böyrəklərdəki kiçik qan damarlarını qoruyan miR-423-5p adlı mikroRNT-ni aşkarlayıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu molekul xroniki böyrək xəstəliklərinin erkən diaqnostikası və müalicəsində perspektivli biomarker hesab olunur.

Tədqiqatlar siçanlar və böyrək nəqli olunmuş 51 xəstə üzərində aparılıb. Nəticələrə görə, miR-423-5p damar sağlamlığını əks etdirir və böyrək zədələnməsinin qarşısını almaqda effektivdir.

Alimlər bu molekulun gələcəkdə orqan transplantasiyası və ürək-damar əməliyyatları zamanı damar sağlamlığını izləmək üçün istifadə edilə biləcəyini bildirirlər.

Kəşf, həmçinin ürək, ağciyər və beyin xəstəliklərinin müalicəsində də tətbiq oluna bilər, çünki bu xəstəliklərin bir çoxunda kiçik damarların zədələnməsi mühüm rol oynayır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az