Əfqanıstanda avqustun 31-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 457 nəfərə çatıb, ən azı 3 394 əfqan isə yaralanıb.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət "X" hesabında məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 6 782 ev dağılıb.
Qeyd edək ki, daha əvvəl Əfqanıstan hakimiyyəti 1411 ölən və 3124 yaralı barədə məlumat vermişdi.
Xatırladaq ki, Əfqanıstanın şərqində, Hindukuş bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb, fəlakətin episentri təxminən 10 km dərinlikdə yerləşib. Zəlzələnin əks-sədaları Hindistanın Nyu-Delhi şəhəri də daxil olmaqla, geniş ərazilərdə hiss olunub.