Makron villasını bu qiymətə satdı

01:30 - 04 Sentyabr 2025

Makron villasını bu qiymətə satdı

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron Fransanın şimalındakı Le Touquet-Paris-Plage kurort kommunasında villalarını 3,6 milyon avroya satıb. 


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Le Canard Enchaine” qəzeti məlumat yayıb.

Məqalədə deyilir: "Paris notariusunun ofisində Bricit Makron Le Touquetdəki ailə evinin alqı-satqısı üçün müqavilə imzalayıb. Alqı-satqı müqaviləsinə əsasən, sövdələşmə 3,6 milyon avroya bağlanıb".

Nəşrin məlumatına görə, villa Oxial inkişaf şirkəti tərəfindən alınıb. Binanın premium dükanları olan ticarət obyektinə çevrilməsi planlaşdırılır.

Le Touquet-Paris-Plage-dəki villa Bricit Makrona məxsus idi. O, binanı miras açlıb. Satışdan sonra Makronların kurortda mülkləri qalacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az