Lissabonda tramvay qəzası - Ölən və yaralananlar var

09:08 - 04 Sentyabr 2025

Lissabonda tramvay qəzası - Ölən və yaralananlar var

Portuqaliyanın paytaxtı Lissabonda baş vermiş dəhşətli tramvay qəzası baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.

Hadisə Lissabonun məşhur turizm nöqtəsi olan Gloria tramvay xəttində baş verib. Tramvay qəza nəticəsində relsdən çıxıb və bununla bağlı geniş təhlükəsizlik tədbirləri görülüb.

Ölkə mətbuatına görə, qəzada 15 nəfər ölüb, 5-i ağır olmaqla 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa verdiyi yazılı açıqlamada qəzada həyatını itirən və yaralananların ailələrinə başsağlığı verib.

Qəzanın ardından Portuqaliya hökuməti ölkə üzrə bir günlük matəm elan edib, Lissabon Bələdiyyəsi isə 3 günlük matəm tədbiri keçirəcəyini açıqlayıb. Hadisənin səbəbləri araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az