Argentinanın Pataqoniya bölgəsində, təxminən 70 milyon il əvvəl yaşamış nəhəng yırtıcı timsahın fosilləri tapılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, alimlər bu yeni növü "Kostensuchus atrox" adlandırıblar. Timsahın 3,5 metr uzunluğunda və 250 kiloqram ağırlığında olduğu düşünülür. O, həm quruda, həm də bataqlıq ərazilərdə ovlanıb və dinozavrlarla qidalanmışdır.
Fosil 2020-ci ildə tapılıb və bu, bölgədəki ən tam peirosaurid timsah fosili sayılır. Alimlər, K.atroxun bədən quruluşunun müasir timsahlara oxşadığını, lakin burun dəlikləri və gözlərinin yerləşmə tərzinin fərqli olduğunu bildirirlər. Bu tapıntı, qədim timsah qohumlarının təkamülü ilə bağlı yeni məlumatlar verə bilər.