ABŞ-də federal məhkəmə, Google-un istifadəçilərin məxfilik hüquqlarını pozduğuna qərar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət, istifadəçilər izləmə funksiyasını söndürmələrinə baxmayaraq, məlumat toplamağa davam edib. Məhkəmə Google-a 31 milyard dollar (316 milyon avro) təzminat ödəməyi əmr edib.
2020-ci ildə başlanan iddiada 98 milyon istifadəçi və 174 milyon cihaz yer alıb. İddiaçılar Google-un icazəsiz məlumat topladığını irəli sürüblər. Məhkəmə Google-u iki pozuntu üzrə məsuliyyətə cəlb edib, amma pis niyyətlə hərəkət etmədiyini bildirib.
Google qərara etiraz edəcəyini açıqlayıb və məxfilik alətlərinin istifadəçilərə məlumatlarına nəzarət imkanı verdiyini qeyd edib. Şirkət, məlumatların şəxsi istifadəçiləri müəyyən etmədiyini və məxfilik seçimlərini pozmadığını vurğulayıb.
Məhkəmə, Google-un Chrome brauzerini satmağa məcbur edilməməsi qərarını verib, nəticədə Alphabet-in səhmləri 9 faiz artıb.