"Google" çökdü - Bu xidmətlər işləmir

11:38 - 04 Sentyabr 2025

\"Google\" çökdü - Bu xidmətlər işləmir

Dünyanın ən böyük axtarış sistemi olan Google-un xidmətləri hal-hazırda işləmir.


Manset.az xəbər verir ki, ABŞ-də yerləşən şirkətin bir sıra populyar xidmətləri, o cümlədən e-poçt xidməti Gmail, video paylaşım platforması YouTube və digər xidmətlər, istifadəçilər üçün əlçatan deyil.

Qeyd edilir ki, "YouTube", "Gmail", "Google Meet", "Google Maps", "Google Drive" və Google-un süni intellekt botu Gemini kimi bir çox interfeys və tətbiq də hazırda istifadə oluna bilmir. Problem hələlik dünya miqyasında geniş yayılıb və istifadəçilər bu xidmətlərə daxil olmaqda çətinliklərlə üzləşirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az