Əfqanıstanda zəlzələdə ölənlərin sayı 2205-ə çatdı

15:31 - 04 Sentyabr 2025

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 2205-ə çatdı

Əfqanıstanın şərqindəki Kunar əyalətində avqustun 31-i bazar günü gecə baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2205-ə çatıb.


Manset.az xəbər verir kİ, bu barədə "ToloNews" məlumat yayıb.

Əfqanıstan Müvəqqəti Hökumətinin sözçüsünün müavini Həmdullah Fitrətin bəyanatına əsasən, zəlzələnin baş verdiyi bölgələrdə həyatını itirənlərin sayı 2205 nəfərə, yaralananların sayı isə 3640 nəfərə yüksəlib.

Zəlzələdən ən çox zərər çəkən bölgələr Kunar vilayətinin Nur Gül, Savki, Çapa Dara və Manoqi kəndləridir. Hazırda xilasetmə işləri bu ərazilərdə davam edir.

Zəlzələnin təsir etdiyi bölgələrdə daha çox itki və ziyan meydana gəlməsi ehtimalı var, çünki xilasetmə işləri hələ də davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az