Almaniyanın paytaxtı Berlində 7 və 8 yaşlı uşaqlardan ibarət böyük bir qrupun üzərinə avtomobil sürülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində tərbiyəçi ağır xəsarətlər alıb, bir neçə uşaq isə yüngül xəsarətlərlə xilas olub. Sürücü polis tərəfindən nəzarətə götürülüb və araşdırmalar davam edir.
İstintaqın nəticələri və qəzanın səbəbləri ilə bağlı daha ətraflı məlumatın yaxın günlərdə veriləcəyi gözlənilir.