26 ölkə Ukrayna üçün hazırdır 

18:42 - 04 Sentyabr 2025

26 ölkə Ukrayna üçün hazırdır 

"Arzuedənlər Koalisiyası"nın 26 üzvü Ukraynaya hərbi kontingent göndərilməsində iştirak etməyə hazır olduqlarını bildirib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenski ilə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 26 ölkə istər quruda, istər dənizdə, istərsə də havada Ukraynada təhlükəsizlik səylərində iştirak etməyi öz öhdəsinə götürüb.

Makron qeyd edib ki, nəhayət, yaxın bir neçə gündə ABŞ-ın təhlükəsizlik zəmanəti çərçivəsində dəstəyi razılaşdırılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az