Öz ayaqlarını kəsən cərrah həbs olundu

10:57 - 05 Sentyabr 2025

Öz ayaqlarını kəsən cərrah həbs olundu

Kornuollu damar cərrahı 49 yaşlı Neil Hopper, ayaqları amputasiya edildikdən sonra saxta sığorta ərizələri hazırlayıb və zorakılıq videoları saxladığı üçün 2 il 8 ay həbs cəzasına məhkum edilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə dizinin altından hər iki ayağı amputasiya edilən Hopper, vəziyyətini sığorta şirkətlərinə təqdim edərək 466 min funt sterlinq tələb edib. Lakin məhkəmə, onun ayaqlarını özünün kəsdiyini üzə çıxarıb.


2023-cü ilin martında saxlanılan Hopper, tibbi reyestrdən çıxarılıb. Müdafiə tərəfi, onun ayaqlarının amputasiyasından peşman olmadığını, yalnız sığorta fırıldağına görə təəssüfləndiyini bildirib. Prokurorluq isə, əldə olunan qanunsuz gəliri geri almaq üçün icraat başlatdığını açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az