Venesuela prezidenti Nikolas Maduro, ABŞ-nin Karib hövzəsindəki hərbi mövcudluğunu əsas gətirərək, Milli Bolivar Milis Qüvvələrini genişləndirmək məqsədilə yeni səfərbərlik elan edib.
Manset.az xarici mediya istinadən xəbər verir ki, ölkə daxilində 15 751 ictimai müdafiə bazası və 5 336 kommunal milis birliyi səfərbər ediləcək.
Maduro, milisə qeydiyyatdan keçən vətəndaş sayının 8 milyona çatacağını və bu güclə Venesuelanın özünü müdafiə etməyə davam edəcəyini bildirib. O, həmçinin, ekstremist hərəkatlar və nasist meylləri ilə mübarizəyə diqqət çəkib.