Çin bu gün, ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətindəki Xichang Peyk Atma Mərkəzindən "Şiyan-29" peykini orbitə buraxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Long March-3C/YZ-1" daşıyıcı raketi vasitəsilə kosmosa göndərilən peyk təyin olunmuş orbitə uğurla daxil olub.
"Şiyan-29" peykinin kosmik tədqiqatlar və texnoloji təcrübələr üçün istifadə ediləcəyi bildirilir. Bu missiya, "Long March" daşıyıcı raket seriyasının 592-ci uğurlu buraxılışıdır.
Peykin uğurlu buraxılışı, Çin kosmik proqramının inkişafında mühüm addım olaraq qiymətləndirilir.