İsrailin 2023-cü ilin oktyabrın 7-dən etibarən Qəzza Zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 64 min 300-ə çatıb.
Manset.az xəbər verir ki, son 24 saat ərzində İsrailin hücumları nəticəsində 69 nəfər ölüb, 422 nəfər isə yaralanıb və xəstəxanalara çatdırılıb.
Qeyd edilib ki, yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsin pozulmasından sonra, martın 18-dən başlayaraq İsrail ordusunun həyata keçirdiyi hücumlar zamanı 11 min 768 fələstinli həyatını itirib, 49 min 964 nəfər isə yaralanıb.
Son 24 saatda isə humanitar yardımların gətirilməsi üçün gözləyən fələstinlilərə edilən hücumlar nəticəsində 6 nəfər ölüb, 190 nəfər isə yaralanıb.
Qəzzada vəziyyətin daha da gərginləşdiyi və humanitar böhranın dərinləşdiyi bildirilir.