ABŞ Dövlət Departamenti, Mərkəzi Amerika ölkələrindəki vətəndaşlarına, Çin Kommunist Partiyası (ÇKP) ilə əməkdaşlıq edən, onu dəstəkləyən və ya maliyyələşdirən şəxslərə viza məhdudiyyətləri tətbiq edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, yeni viza məhdudiyyətləri ÇKP-nin adından fəaliyyət göstərən, bölgədə qanunun aliliyinə xələl gətirən, bu fəaliyyətləri maliyyələşdirən və ya onlara əhəmiyyətli dəstək verən şəxslərə şamil ediləcək.
Bəyanatda, ÇKP ilə əməkdaşlıq edən bəzi Mərkəzi Amerika vətəndaşlarının artıq bu məhdudiyyətlərə tabe olduğu və bu şəxslərin, eləcə də onların birinci dərəcəli qohumlarının ABŞ-yə daxil olmaq hüququndan məhrum ediləcəyi bildirilib.
Yeni siyasət, ABŞ-ın Çin Kommunist Partiyasının regiondakı təsirini azaltmaq məqsədini güdür.