Sentyabrın 7-də Milan şəhərində yerləşən Armani/Teatro sərgi kompleksində məşhur italyan modelyer Corco Armani ilə vida mərasimi keçirilib.
Manset.az "Rainews24"ə istinadla xəbər verir ki, iki gün ərzində mərasimə 16 mindən çox insan qatılıb.
Təşkilatçıların bildirdiyinə görə, artıq 6 sentyabrda, zal açılmadan əvvəl binanın qarşısında bir neçə yüz nəfərlik növbə yaranıb. İnsanlar modelyerlə vidalaşmaq üçün 1,5–2 saat gözləməli olublar.
Qeyd edək ki, Corco Armani sentyabrın 4-də 91 yaşında vəfat edib.