Nigeriyada silahlı hücum - 63 nəfər öldü

09:50 - 08 Sentyabr 2025

Nigeriyada silahlı hücum - 63 nəfər öldü

Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqindəki Borno əyalətində həyata keçirdiyi hücumda 63 nəfər həlak olub.


Manset.az xəbər verir ki, hadisə Bama rayonunun Darul Camal kəndində baş verib. Terrorçular dünən gecə saatlarında kəndi hücuma məruz qoyaraq evləri yandırıb və fərq qoymadan atəş açıblar. Hücum zamanı 7 əsgər və didərgin düşmüş mülki vətəndaşlar da daxil olmaqla ümumilikdə 63 nəfər həyatını itirib. 

Məlumata görə, hücumda çoxlu evlər və avtomobillər dağılıb, bəzi kənd sakinləri isə hələ də itkin düşüb. Qeyd olunur ki, hücum zamanı xüsusilə kişilər hədəf alınıb, qadınlar isə nisbətən daha az zərər görüb.

Hadisə yerində vəziyyət gərgin qalır və təhlükəsizlik qüvvələri araşdırmalara başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az