Tacikistan prezidenti qızını səfir Təyin etdi

20:50 - 15 Dekabr 2021

Tacikistan prezidenti qızını səfir Təyin etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon qızlarından biri - Ruhşona Emoməlinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.

Manşet.az xəbər verir ki, Rəhmonun təyinatının mətni dekabrın 15-də digər kadr təyinatları ilə birlikdə Tacikistan prezidentinin rəsmi saytında dərc olunub. Bu postda Ruxşona Emomali Məsud Xəlifəzodanı əvəzləyib.

Sərəncamda bildirilir ki, Xəlifəzoda “başqa işə keçməsi ilə əlaqədar” səfir vəzifəsindən kənarlaşdırılıb.

Tacikistan prezidentinin 7 qızından biri olan Ruxşona Emoməli bundan əvvəl ölkənin Xarici İşlər Nazirliyində işləyib və əvvəllər nazirliyin beynəlxalq təşkilatlar şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Rəhmonun digər qızı Ozoda Rəhmon da əvvəllər Xarici İşlər Nazirliyində işləyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az