Brüsseldə Azərbaycana dəstək aksiyası Keçirildi

23:14 - 15 Dekabr 2021

Brüsseldə Azərbaycana dəstək aksiyası Keçirildi

Brüsseldə Azərbaycana dəstək nümayişi keçirilib.

Manşet.az xəbər verir ki, Aksiya Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub.

Lüksemburq meydanında, Avropa Parlamentinin qarşısında toplaşan izdiham əllərində Azərbaycan və Türkiyə bayraqları daşıyıb.

Aksiyada “Bu, bizim birgə qələbəmizdir”, “Qarabağ Azərbaycandır” kimi şüarlar səsləndirilib.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib ki, nümayişin keçirilməsində məqsəd həmvətənlərinin Prezident İlham Əliyevə dəstəyini nümayiş etdirməkdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az