Antalyanın Kaş rayonunda Yunanıstanın Meis adasına üzərək keçməyə çalışan şəxsə 35 il 7 ay həbs cəzası verilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sahil Mühafizə Antalya Qrup Komandirliyi qrupları, 35 il 7 ay həbs cəzası kəsilən 33 yaşlı F.G. adlı şəxsi Kaş rayonu Beşadalar sahillərindəki Kızılhisar (Meis) adasına üzmək istəyərkən saxlayıb.
F.G., Kaş Respublika Prokurorluğuna sövq edildi.