Qocanı öldürüb cəsədini parçalara ayırdı - Cəzası məlum oldu 

17:54 - 26 Sentyabr 2025

Qocanı öldürüb cəsədini parçalara ayırdı - Cəzası məlum oldu 

Pendikin Dumlupınar məhəlləsində 27 may 2024-cü ildə qətlə yetirdiyi 79 yaşlı Nihat Salehin cəsədini parçalara ayıraraq 4 fərqli zibil qabına atdığı üçün həbs edilən müttəhim Bilal Dilekin (39) işi üzrə hökm çıxarılıb. Anadolu 24-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda cavabdeh Bilal Dilek , iddiaçılar və iddiaçıların vəkilləri iştirak edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmədə müdafiə çıxışı edən təqsirləndirilən şəxs Bilal Dilek "Hadisə ilə heç bir əlaqəm yoxdur. Onu öldürməmişəm. Hadisə baş verən gün evdə belə deyildim. Saat 8:00-da işə gedib, səhərisi gün evə gəldim. Yalan demirəm, düz deyirəm" deyib.

Məhkəmə hökmü elan edərək, Bilal Dilekin "dəhşət hissi ilə qəsdən adam öldürmə və ya əzab vermək" maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az