Rusiya 7 britaniyalının ölkəyə girişinə qadağa qoydu

09:54 - 18 Dekabr 2021

Rusiya 7 britaniyalının ölkəyə girişinə qadağa qoydu

Rusiya Böyük Britanıyanın yeddi vətəndaşının ölkəyə girişini qadağan edib.

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Britaniya hökuməti 2021-ci ilin avqustunda “Navalnının zəhərlənməsinə görə bilavasitə məsuliyyət daşımaları” iddiası ilə Rusiyanın yeddi vətəndaşına qarşı sanksiya tətbiq edib.

“Londonun qeyri-dost hərəkətlərinə qarşılıq olaraq Britaniya nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi qərara alınıb", - Zaxarova qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az