Aksarayda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən yol qəzasında 3 qardaş həyatını itirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Eskil məhəlləsindəki Sokaraklı yaylasında baş verib. Məlumata görə, rayondan Bozcamahmut istiqamətində hərəkət edən Əzmi Çıracının idarə etdiyi minik avtomobili dönmək istəyən Hacı Həsən S.-nin idarə etdiyi yük maşınına çırpılıb.
Qəzada demək olar ki, yararsız hala düşən avtomobilin sürücüsü, qardaşları Tamer Çıracı və Salih Çıracı hadisə yerində dünyasını dəyişib.