İstanbulun Bağdat prospektində iki avtomobilin iştirakı ilə baş verən yol qəzasında yoldan çıxan motosiklet əri və yeni doğulmuş körpəsi ilə səkidə gedən aktrisa İrem Helvacıoğlunu vurub. Cütlük ölümdən çətinliklə xilas olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa İrem Helvacıoğlu, həyat yoldaşı Ural Kaspar və altı günlük körpəsi Kadıköyün Bağdat küçəsində qəza keçirib.
Küçədə avtomobilə çırpılan motosiklet aktyorla həyat yoldaşını körpə qızı ilə səkidə havaya qaldırıb. Qəzada Helvacıoğlu və iki sürücü yaralanıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.
Həkim qrupları tərəfindən başına tikiş vurulan Helvacıoğlunun müayinə üçün xəstəxanada gecələdiyi, həyat yoldaşı Ural Kaspar və körpəsinin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.