Qızını qaçıran oğlanı öldürdü

23:40 - 23 Oktyabr 2025

Qızını qaçıran oğlanı öldürdü

İstanbulun Sancaktəpə qəsəbəsində qız qaçırması ilə bağlı baş verən davada yeni evlənən bəy və daha iki nəfər güllələnərək öldürülüb. Hücumu həyata keçirən bəyin qayınatası Mahir Güçinin ilk ifadəsi yayılıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Sancaktəpənin Əbdürrəhmanqazi məhəlləsində Gündüz küçəsində baş verib. Məlumata görə, Mahir Güçinin qızı Yeşim Güçin (19) dünən axşam əmisi oğlu Edip Güçinlə ailəsinin razılığı olmadan evlənib. Evliliyi qəbul etməyən Mahir Güçin qarşıdurmanı həll etmək üçün qarşı tərəflə görüş istəyib.

Edip üç dostu ilə görüşə qardaşının maşını ilə gedib. Görüş zamanı mübahisə böyüyüb. Bu sırada Mahir Güçin əlindəki silahla avtomobilə atəş açıb. İlk atəşi açan Güçin az sonra maşına qayıdaraq kürəkəni Edip Güçini və onunla birlikdə daha üç nəfəri güllələyib. Edip Güçin də daxil olmaqla 3 nəfər hadisə yerində həlak olub, 1 nəfər isə hadisə yerindən qaçıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az