Ağ Evin sözçüsü Livitt Tramp–Putin zirvəsi ilə bağlı açıqlamasında görüşün hələ də mümkün olduğunu bildirib.
Manset.az xəbər verir ki, onun sözlərinə görə, Prezident Tramp müharibənin bitməsi üçün hər iki tərəfdən, xüsusilə Moskvadan “əməl” gözləyir. Livitt qeyd edib ki, Tramp lazım bildiyi anda Rusiyaya qarşı addım ata biləcəyini göstərib və görüş yalnız konkret nəticə verəcəyi halda keçiriləcək.
Tramp isə Ağ Evdəki tədbirdə Rusiyaya sanksiyalarla bağlı sualı cavablandırarkən, “Altı ay sonra nəticəni görəcəyik” deyərək sanksiyaların təsirli olacağı mesajını verib.