Pakistanda terror aktı - Ölənlər və yaralananlar var

17:18 - 19 Dekabr 2021

Pakistanda terror aktı - Ölənlər və yaralananlar var

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində kamikadzenin özünü partlatması nəticəsində azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Əfqanıstanla sərhədə yaxın Bacaur ərazisində yerli seçkilər günü törədilib. Ölənlər arasında Avami Milli Partiyasının rayon təşkilatının lideri də var.

Bölgədə fəaliyyət göstərən silahlı qrupların heç biri məsuliyyəti üzərinə götürməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az