İsrail dronlarla "Hizbullah"ın 3 üzvünü öldürdü

18:33 - 26 Oktyabr 2025

İsrail dronlarla \"Hizbullah\"ın 3 üzvünü öldürdü

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Livanda "Hizbullah" hərəkatının silahlı qanadının üzvlərinə məxsus azı üç avtomobilə hücum edib.


Manset.az "Naharnet"ə istinadən xəbər verir ki, Livanın cənubundakı Tir sərhəd məntəqəsində yerləşən kəndlərdə dronların zərbələri nəticəsində iki silahlı öldürülüb.

Livanın şərqində yerləşən Nəbi-Şit ərazisində isə hərəkatın səhra komandiri izlənilərək zərərsizləşdirilib.

İsrail ordusunun məlumatına görə, oktyabrın 25-də PUA hücumu nəticəsində "Hizbullah"ın hərbi rəhbəri öldürülüb. Cəmi iki gün ərzində hərəkatın altı üzvü və bir mülki şəxs həlak olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az