Türkiyə kinosunun əfsanəsi Kadir İnanır aylarla davam edən insultdan sağaldıqdan sonra ilk dəfə görüntülənib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, uzun fasilədən sonra görünən aktyorun gülərüz və şən davranışı böyük marağa səbəb olub. Fizioterapiyasını davam etdirən İnanırın yüksək əhval-ruhiyyəsi pərəstişkarlarına sevinc bəxş edib.
Qeyd edək ki, türk kinosunun unudulmaz simalarından olan 76 yaşlı Kadir İnanır mart ayında insult keçirərək huşsuz halda Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Dörd ay reanimasiyada müalicə olunduqdan sonra səhhəti stabilləşib və daha sonra adi palataya köçürülərək evə buraxılıb.
