Təxminən altı ay əvvəl ikinci dəfə ana olan Cennifer Lourens ilk dəfə körpəsinin cinsini açıqlayıb. O, ikinci oğlunun yolunu gözlədiklərini deyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Aclıq oyunları”, “Yuxarıya baxma”, “Kosmosda səyahət edənlər”, “Böyüklər” kimi filmlərin ulduzu Cennifer Lourens 2019-cu ildə sənət qalereyasının direktoru Kuk Maroney ilə evlənib.
2022-ci ilin fevralında ilk dəfə valideyn olmaq sevincini yaşayan məşhur cütlük oğullarına Cy adını verib.