Braziliyada favelalarda cinayətkar dəstələri hədəf alan əməliyyatda dördü polis olmaqla ümumilikdə 64 nəfər öldürülüb. Görüntülərdə şiddətli toqquşmalar və favelalardan tüstü qalxdığı görünür.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərindəki favela gecəqondularında polis tərəfindən əməliyyat keçirilib.
Yerli media genişmiqyaslı əməliyyatda dördü polis olmaqla ümumilikdə 64 nəfərin öldürüldüyünü, ən azı 81 nəfərin saxlanıldığını bildirib.