Filippin ordusu tayfundan zərər çəkmiş bölgələrdə yardım əməliyyatlarında iştirak edən helikopterlərdən birinin qəzaya uğradığını açıqlayıb. Sağ qalanların olub-olmadığı bəlli deyildi.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Filippində tayfundan zərər çəkmiş Butuan şəhərinə gedərkən helikopter qəzaya uğrayıb. Helikopterin qəzaya uğramasından sonra axtarış-xilasetmə işlərinə başlanılıb.
Qəzaya uğrayan helikopterin yardım göstərmək üçün hərəkət edən 4 helikopterdən biri olduğu bildirilib.