Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı yeni ittiham irəli sürülüb.
Manşet.az xəbər verir ki, eks-prezident dövlətə xəyanətdə ittiham olunur. Bu barədə Poroşenkonun “Avropa həmrəyliyi” partiya qərargahının rəhbəri Aleksandr Turçinov məlumat verib.
Eks-prezident Ukraynanın “Müxalifət Platforması – Ömürlük” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukla birlikdə Donbassın Kiyevin nəzarətində olmayan ərazilərindən qeyri-qanuni kömür tədarükünü təşkil etməkdə şübhəli bilinir. Poroşenko özü ittihamları rədd edib.