Türk klassik musiqisinin əfsanələrindən olan Muazzez Abacı bir neçə gün əvvəl infarkt keçirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda müalicə alan Abacının meneceri onun vəziyyəti ilə bağlı son məlumatı verib.
O, xəstəxanaya aparılıb və meneceri Taner Budak ona stent qoyulduğunu və adi bir otağa köçürüldüyünü açıqlayıb.
Abacının böyrəklərində problem olduğuna görə böyrəkləri tam fəaliyyət göstərə bilməyib və nəticədə ciyərlərində su toplanıb. Bu səbəbdən nəfəs almaqda çətinliklər yaranıb. Məşhur sənətçi vəziyyəti ilə əlaqədar reanimasiyaya yerləşdirilib.
