DƏHŞƏT! Yaşlı adam traktorun altında can verdi

12:40 - 05 Noyabr 2025

DƏHŞƏT! Yaşlı adam traktorun altında can verdi

Türkiyənin Kocaeli bölgəsinin Kandıra rayonunda 79 yaşlı Mehmet Kocakaplan, istifadə etdiyi traktörün altında qalaraq həyatını itirib. Hadisə, dünən Kandıra rayonunun Deliveli kəndində baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, kəndin sabiq muhtarı olan 79 yaşlı Mehmet Kocakaplan, nadasa qoyduğu tarlasını əkmək üçün traktörlə işə başlayıb. İş zamanı, hələlik bilinməyən bir səbəbdən balansını itirən Kocakaplan, hərəkətdə olan traktörün altına düşüb. Ətrafdakıların traktörün eyni yerdə işləyən vəziyyətdə dayandığını fərq etməsi ilə hadisə ortaya çıxıb. Görgü şahidləri, yaşlı kişini traktörün təkəri altında hərəkətsiz vəziyyətdə tapıblar.

Hadisə yerinə jandarma, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə traktörün altından çıxarılan Kocakaplan, təcili tibbi yardım tərəfindən Kandıra Dövlət Xəstəxanasına aparılıb. Lakin, bütün müdaxilələrə baxmayaraq, Mehmet Kocakaplan xəstəxanada həyatını itirib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az