Ötən gün Azərbaycan 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.
Manşet.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan sözügedən hərbçilərlə bağlı News.am-a açıqlama verib.
O bildirilib ki, Ermənistana qaytarılan 10 hərbi qulluqçu dindirilib.
Tadevosyan əlavə edib ki, başlanmış cinayət işi üzrə onların heç bir statusu yoxdur.