DƏHŞƏT! Lift 9 mərtəbə aşağı düşdü - Yaralılar var

10:44 - 12 Noyabr 2025

DƏHŞƏT! Lift 9 mərtəbə aşağı düşdü - Yaralılar var

Kahramanmaraşda bir binanın liftinin 6-cı mərtəbədən -3-cü mərtəbəyə düşməsi nəticəsində 5 nəfər xəsarət alıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə, axşam saatlarında Kahramanmaraşın "Kuzey Çevre Yolu" adlı ərazidə bir binada baş verib. İddialara görə, 6 nəfərin olduğu lift 6-cı mərtəbədə nasazlıq keçirib və -3-cü mərtəbəyə qədər düşüb. Bina sakinlərinin xəbərdarlığı üzərinə hadisə yerinə yanğınsöndürən, təcili yardım və polis əməkdaşları göndərilib.

Yanğınsöndürənlər tərəfindən yerindən çıxarılan xəsarət alan 5 nəfər təcili yardım avtomobilləri ilə şəhərdəki müxtəlif xəstəxanalara aparılıb. Xəsarət alanların müalicəsi davam edir, lifti niyə düşdüyü ilə bağlı isə araşdırma başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az