Trampın Şaraya bu sualı GÜNDƏM OLDU - Neçə arvadın var?

10:28 - 13 Noyabr 2025

Trampın Şaraya bu sualı GÜNDƏM OLDU - Neçə arvadın var?

Ağ Sarayda 10 Noyabr tarixində ABŞ Prezidenti Donald Trump ilə Suriya Prezidenti Əhməd Şaranın görüşü beynəlxalq mətbuatda geniş müzakirələrə səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump ilə Suriya Prezidenti Əhməd Şaranın 10 Noyabrda baş tutan və tarixə keçən ilk görüşünün sonunda iki liderin bir-birinə hədiyyələr verməsi və söhbət etməsi sosial mediada geniş yer alıb.

Trump, Şaraya öz markasına aid bir parfüm hədiyyə edib və onu şəxsən Suriya Prezidentinə sıxıb. Trump, eyni parfümdən birini də həyat yoldaşına hədiyyə etdiyini deyərək, Şaraya "Neçə həyat yoldaşınız var?" sualını verib. Şara isə bu suala gülərək "Bir" cavabını verib.

Daha sonra Şara, Trumpa dünyanın ilk yazılı gömrük tarifini, Suriyada çap olunan ilk poçt pulu və ölkəsinə aid bir neçə tarixi və arxeoloji əşya hədiyyə edib. Şara, Trumpa hədiyyəni verərkən zarafatla "İkinci hədiyyə First Lady üçün. Sizin neçə həyat yoldaşınız var?" sualını verib. Trump isə gülərək "Hazırda bir" deyə cavab verib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az