Muazzez Abacının sirr kimi gizlətdiyi QIZI ORTAYA ÇIXDI

12:05 - 13 Noyabr 2025

Muazzez Abacının sirr kimi gizlətdiyi QIZI ORTAYA ÇIXDI

Türk İncəsənət Musiqisinin güclü ifaçısı Muazzez Abacı, səhnədəki möhtəşəmliyinin arxasında fırtınalı bir həyat yaşayırdı. Karyerasında böyük uğurlara imza atan ustad sənətçi, şəxsi həyatında isə gözlərdən uzaq şəkildə böyütdüyü qızı Saba ilə illərlə səssiz bir mübarizə aparmışdı. ABŞ-da keçirdiyi ürək krizi sonrası 78 yaşında həyatını itirən Abacının arxasında həm incəsənət dünyasında dərin izlər qoyan bir karyera, həm də film kimi bir həyat hekayəsi qaldı.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçən oktyabr ayında ürək problemləri səbəbilə anjiyo olunan və stent müalicəsi tətbiq edilən Abacının vəfatını meneceri Taner Budak açıqladı.

Budak, sənətçinin vəfatı ilə bağlı sosial media hesabından verdiyi açıqlamada, "Böyük bir kədər içində sənətçimiz Muazzez Abacını 78-ci doğum günündə itirdik. Onun sevgisi, gülər üzlü və gözəl qəlbi daim xatırlanacaq," sözlərini söylədi. Tam adı Hicran Muazzez Abacı olan sənətçi, 12 Noyabr 1947-ci ildə Ankarada dünyaya gəlib. 1990-cı ildə "Vurgun" adlı albomu ilə satış rekordları qırıb.

Muazzez Abacının həyatı, səhnədəki uğurlarının yanında, çətin şəxsi həyatı ilə də tez-tez gündəmdə olub. İlk evliliyini hələ 18 yaşında ikən polis əməkdaşı Abdurrahman Abacı ilə edən sənətçi, bu evlilikdən tək qızı olan və hazırda ABŞ-da həkim olaraq yaşayan Saba Abacı'yı dünyaya gətirib. 1970-ci ildə ilk evliliyi sona çatıb.

Muazzez Abacının film kimi həyatı! Gözlərdən uzaq şəkildə böyütdüyü bir qızı vardı.

Abacı, daha sonra 1973-cü ildə vəkil Atilla Kurtbaş ilə ikinci dəfə nikah masasına oturdu, lakin bu evlilik də yalnız iki il davam etdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az