Şəhidlərlə vida mərasimi keçirilib

10:57 - 14 Noyabr 2025

Şəhidlərlə vida mərasimi keçirilib

Gürcüstanda hərbi yük təyyarəsinin qəzası zamanı şəhid olan Türkiyə hərbçiləri üçün Mürtəd Hava Bazasındakı hərbi hissədə vida mərasimi keçirilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə aid "C130" tipli hərbi yük təyyarəsinin qəzaya uğramış hissələrində aparılan axtarış və xilasetmə əməliyyatları nəticəsində tapılan şəhidlərin cəsədləri, tibbi müayinələr üçün tamamlanan prosedurlardan sonra "A400M" tipli hərbi yük təyyarəsi ilə Türkiyəyə göndərilib. Tiflisdən havalanan təyyarə, Mürtəd Hava Bazasına eniş edib. Burada ambulanslarla götürülən şəhidlərin cəsədləri, Ədli Tibb İnstitutuna aparılıb. Şəhidlərin cəsədləri səhər saatlarında Ədli Tibb İnstitutundan çıxarılıb.

20 şəhid üçün Mürtəd Hava Bazasındakı hərbi hissədə vida mərasimi təşkil edilib. Hərbçilərimiz son mənzilə yola salınmaq üçün vətənlərinə göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az