Bu ölkədə “Omicron”a yoluxanların sayı 41-ə çatdı

18:07 - 21 Dekabr 2021

Bu ölkədə “Omicron”a yoluxanların sayı 41-ə çatdı

Rusiyada koronavirusun “Omicron” ştamına yoluxanların sayı 41-ə çatıb.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova açıqlayıb.

Onun sözlərinə görə, ştama yoluxanların hamısı stasionar tibb müəssisələrində müalicə alırlar.

A.Popova, həmçinin qeyd edib ki, hazırda bütün pasiyentlərin vəziyyəti sabitdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az