Rusiyanın Kareliya bölgəsində təlim uçuşu həyata keçirən “Su-30” hərbi təyyarəsinin qəzaya uğradığı və iki pilotun həlak olduğu bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir ki, Finlandiya sərhədinə yaxın Kareliya bölgəsində “Su-30” tipli hərbi təyyarə qəzaya düşüb və hadisə nəticəsində iki pilot həyatını itirib. Açıqlamada qeyd olunur ki, təyyarə silah-sursat daşımadan təlim uçuşu həyata keçirirmiş və yaşayış məntəqələrindən kənarda, meşəlik əraziyə düşüb.
Kareliya qubernatoru Artur Parfençikov da sosial şəbəkədə paylaşım edərək Prionejski rayonunda baş vermiş qəza nəticəsində bölgə əhalisinin zərər görmədiyini bildirib.