Almaniya ABŞ-dən raketlər alacaq 

12:50 - 16 Noyabr 2025

Almaniya ABŞ-dən raketlər alacaq 

ABŞ prezidenti Donald Tramp administrasiyası və ABŞ Dövlət Departamenti Almaniyaya 173-ə qədər zenit raketinin satışını ilkin mərhələdə razılaşdırıb.

Manset.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Paketə ümumi dəyəri təxminən 3,5 milyard dollar olan əlavə avadanlıq da daxildir.

ABŞ Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi (DSCA) RTX şirkətinin istehsalı olan Standard Missile 6 Block I və Standard Missile 2 Block IIIC raketlərinin satışını təsdiq edən açıqlama yayıb.

Açıqlamada vurğulanır ki, bu raketlər Almaniyaya "inteqrasiya olunmuş hava hücumundan və raket hücumundan müdafiə imkanları təmin etməklə mövcud və gələcək təhdidlərə cavab verməyə" kömək edəcək. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az