Nilsu Berfin Aktaş bir neçə həftə əvvəl qonaq olduğu verilişdə özünə ünvanlanan sevgi sualına üstüörtülü cavab verərək maraq doğurmuşdu.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aktrisa susqunluğunu sosial şəbəkə paylaşımı ilə pozub və prodüser Tolqa Aykut ilə münasibətdə olduğunu əl-ələ çəkilmiş foto ilə açıqlayıb. Aktaş paylaşımına “Artıq 1 ili də keçib” qeydi əlavə edərək sevgisini rəsmən elan edib.
Bir müddət əvvəl qatıldığı proqramda on aydır sənət mühitindən olmayan biri ilə münasibət yaşadığını deyərək diqqət çəkən Nilsu Berfin Aktaş, sosial media hesabında etdiyi paylaşım vasitəsilə həmin şəxsin kimliyini ilk dəfə olaraq açıqlayıb. Tanınmış aktrisa əl-ələ olduqları fotonu yayımlayaraq prodüser Tolqa Aykut ilə sevgili olduqlarını ictimaiyyətə çatdırıb.