“Saakaşvili ilə yazışırıq” - Zelenski

23:46 - 21 Dekabr 2021

“Saakaşvili ilə yazışırıq” - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili ilə yazışdığını deyib.

Manset.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib: 

“Açığı, mən ondan məktublar alıram. O da məndən məlumat alır. Cənab Saakaşvili ilə bağlı Gürcüstan dövlətinin rəhbərliyi ilə danışmışam”. 

Zelenskinin sözlərinə görə, gürcü prezidentlə Saakaşvilinin anasının həbsxanaya buraxılması və oğlu ilə görüşməsi üçün danışıqlar aparıb:

“Mən zəng vurub bu barədə xahiş etdim. Səmimi deyirəm. Bizə etiraz etmədilər. Mən istədim ki, həkimlərimiz prosesə cəlb olunsun. Hələlik bununla bağlı ləngimə var”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az