"Batman"la evli qadının boşanma hekayəsi

14:47 - 28 Noyabr 2025

\"Batman\"la evli qadının boşanma hekayəsi

İordaniyada  gənc bir qadın, evləndikdən cəmi bir ay sonra ərinin uydurma super qəhrəman "Batman"a obsesiyası olduğu üçün boşanma davası açdı.


Manset.az-ın Gulf Daily News-ə istinadən məlumatına görə, kişinin evində tam "Batman" kostyumu var. O, tez-tez bu kostyumu geyinir, saatlarla evin içində özünü Gothamın qanunsuz qəhrəmanı kimi aparır. Televizoru da yalnız "Batman"la bağlı şeylərə açmağa icazə verir.

Qadın iddia edib ki, əri gecələr kostyumun hissələrini taxıb çölə çıxır və “göydə yarasa işarəsi gördüyünü”, gizli missiyaya getdiyini söyləyir. Bir gecə qadın yuxudan oyananda ərini tam kostyumda, xarakterə tam bürünmüş şəkildə danışarkən görüb qorxub və ailəsinin evinə sığınıb. Qısa müddət sonra boşanma davası açıb.

Hadisə sosial mediada sürətlə yayılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az