Yaponiyada bir dəmiryolu stansiyasının ümumi tualetindən çıxan 69 yaşlı kişi, ayı hücumuna məruz qalaraq yüngül şəkildə xəsarət alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın kənd bölgələrində yabanı ayı hücumları qorxusu davam edərkən, bu dəfə Tokyo'nun şimal-qərbindəki Gunma vilayətində ayı panikası yaşanıb. Təhlükəsizlik işçisi olaraq işlədiyi öyrənilən 69 yaşlı bir kişi, yerli vaxtla saat 01:00 radələrində Numata Dəmiryolu Stansiyasının çıxışındakı ümumi tualetdən çıxarkən ayı hücumuna uğrayıb. Tualetdən çıxarkən təxminən 1.5 metr uzunluğunda bir ayı ilə qarşılaşan kişi, panikaya düşərək arxası üstə yerə yıxılıb. Ayaqları ilə zərbələr vuraraq ayının qaçmasına səbəb olan şəxs, hadisəni kiçik yaralarla atlatıb. Hücum qurbanı olan kişi saat 01:20 radələrində yaxınlıqdakı polis məntəqəsinə gedərək durumu bildirmiş, stansiyadan son qatarın artıq hərəkət etmiş olması isə potensial faciənin qarşısını alıb.
Yaponiyada ayı hücumları səbəbindən baş verən ölümlər bu il rekord qıraraq ən azı 13-ə çatıb. Yalnız aprel və oktyabr ayları arasında 197 ayı hücumu bildirilmişdi. Yaponiya hökuməti riskli ərazilərdəki polislərə ayılara qarşı silah istifadə etmə səlahiyyəti verərkən, bəzi bölgələrə isə ayılarla mübarizə üçün Yaponiyanın Özünümüdafiə Qüvvələri (SDF) əməkdaşları göndərilmişdi.